» » Vatikan tanrı-terrorçuya görə Charlie Hebdo-dan narazıdır

Vatikan tanrı-terrorçuya görə Charlie Hebdo-dan narazıdır

Vatikan tanrı-terrorçuya görə Charlie Hebdo-dan narazıdır

Karikaturanı kədərə sövq edən adlandırıblar.

Vatikan nümayəndələri Charlie Hebdo fransız satirik jurnalının üz qabığında əks olunmuş qanlı geyimdə, saqqallı, Kalaşnikov avtomatı ilə silahlanmış “tanrı”nın təsvirini bütün dini təriqətlər üçün təhqir hesab edir.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, redaksiyanın ünvanına səslənən tənqidi yanaşma Müqəddəs taxtın qəzeti L'Osservatore Romano-da dərc edilib.

Karikaturanı Vatikanda kədərə sövq edən adlandırıblar.

“Kompromissiz sekulyarizmin bayrağı altında gizlənən, fransız həftəlik satirik jurnalı yenidən dünya dini liderlərinin əsrlər boyu din naminə zorakılıqdan uzaq durmağa, Tanrını nifrətə bəraət qazandırmaq üçün istifadə etməyin kafirlik olduğunu unudub”, Roma katolik kilsəsinin qısa şərhində bildirilir.

Vatikanın narazıçılığına səbəb olan təsvirin olduğu xüsusi nömrə satışa yanvarın 6-da çıxarılıb və Charlie Hebdo-nun əməkdaşlarına hücumun ildönümünə həsr edilib. Karikaturaya şərh olaraq “Bir il keçdi, qatil hələ də azadlıqdadır” yazılıb.