» » Məhəmməd peyğəmbər haqqında 40 milyon dollarlıq film çəkildi

Məhəmməd peyğəmbər haqqında 40 milyon dollarlıq film çəkildi

Məhəmməd peyğəmbər haqqında 40 milyon dollarlıq film çəkildi

Film yeddi ilə çəkilib.

İranda ölkənin kinematoqrafiyası tarixində ən bahalı film ekrana çıxdı.

“Məhəmməd: Allahın elçisi” adlanan film yeddi ilə çəkilib. Onun ərsəyə gəlməsinə 40 milyon dollar xərclənib, BBC News bildirib.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, rejissor Məcid Məcidinin fikrincə, bu film peyğəmbərin həyatı haqqında trilogiyada birinci film olacaq.

Film üzərində işin ilkin mərhələsində sünnilərin kəskin tənqidi meydana çıxdı, belə ki, burada peyğəmbərin təsviri yer alırdı. Filmin yaradıcıları öz müdafiələrində filmin qəhrəmanının üzünün görünmədiyini bildiriblər. Amma buna baxmayaraq Qahirədə nüfuzlu Əl-Əhzər Universitetinin nümayəndələri filmin baxışdan çıxarılmasını tələb ediblər.