» » Ermənistanı demoqrafik böhran gözləyir

Ermənistanı demoqrafik böhran gözləyir

Ermənistanı demoqrafik böhran gözləyir

BMT-nin məruzəsinə müvafiq olaraq.

XXI əsrin sonunda Ermənistan əhalisi 1,8 milyon nəfərə qədər azala bilər.

ucarliyiq.biz news.am-a istinadən xəbər verir ki, bu barədə BMT-nin 2015-ci il üçün yenilənmiş “Dünya əhalisinin perspektivləri” məruzəsində deyilir.

Əgər 2015-ci il üçün Ermənistan əhalisi rəsmi məlumatlara əsasən 3 milyon 18 min nəfər dəyərləndirilirdisə, 2030-cu il üçün 2 milyon 993 min, 2050-ci il üçün 2 milyon 729 min, 2100-cü il üçün isə 1 milyon 793 min nəfər olacağı dəyərləndirilir.

Avqustun 28-də Ruben Yeqanyanın jurnalistlərə bəyan etdiyi kimi dəyərləndirmələr cari emiqrasiyanın templərinə əsaslanır.

“Əlbəttə, gələcəkdə nəyin baş verəcəyini ehtimal etmək çətindir. Məsələn, 70-ci illərdə tərtib edilən proqnoza görə, 2000-ci ildə Ermənistanın əhalisi 4,2 milyon nəfər olmalı idi. Əslində nə baş verdiyini siz də bilirsiniz.

Ona görə də proqnoz sadəcə ehtimaldır. Bizim vəziyyətdə isə bu, hər şeyin olduğu kimi qalacağı və hər il ölkəni 30-35 min adamın tərk etməyə davam edəcəyi halda nə baş verəcəyi haqqında xəbərdarlıqdır”, - Yeqanyan bəyan edib.