» » Netflix artıq Azərbaycanda

Netflix artıq Azərbaycanda

Netflix artıq Azərbaycanda

Xidmət dünyanın 130 ölkəsində fəaliyyət göstərir.

Netflix striminq video xidməti yanvarın 6-dan etibarən Azərbaycanda öz xidmətlərini təqdim etməyə başlayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Rid Hastinqs Las-Veqasda “Consumer Electronics Show” (CES) texnologiya sərgisində çıxışı zamanı məlumat verib.

“Netflix-dən istifadənin Azərbaycan, Vyetnam, Hindistan, Nigeriya, Polşa, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Türkiyə və İndoneziya sakinləri üçün də mümkün olduğunu xəbər verməyimə şadam”, - deyə Hastinqs qeyd edib.

O əlavə edib ki, xidmət yanvarın 6-da dünyanın 130 ölkəsində istifadəyə verilib.

Şirkətin Avropada kommunikasiyalar üzrə vitse-prezidenti Coris Evers bildirib ki, istifadəçilər saytın ingilisdilli interfeysindən yararlana biləcəklər.

“Biz ödənişləri bank kartları ilə qəbul edirik”, - deyə o “Sputnik” agentliyinə bildirib.

1997-ci ildə təsis olunan şirkət ABŞ, Latın Amerikası və Avropada (Danimarka, İrlandiya, Niderland, Almaniya, İsveç və s.) fəaliyyət göstərir. Şirkət həmçinin eksklüziv kontentin istehsalı ilə də məşğul olur, onların arasında – “Kartlardan ev” və “Narıncı – mövsümün hiti” serialları yer alır.