» » Obama türk əsgərlərinin İraqdan çıxarılmasına təkid edir

Obama türk əsgərlərinin İraqdan çıxarılmasına təkid edir

Obama türk əsgərlərinin İraqdan çıxarılmasına təkid edir

Siyasətçilər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

ABŞ prezidenti Barak Obama hesab edir ki, Bağdadın icazəsi olmadan ölkənin şimalında yerləşdirilən Türkiyə qoşunları İraqın ərazisindən çıxarılmalıdır, Reuters Ağ evin mətbuat xidmətinə istinadən məlumat yayıb.  

ucarliyiq.biz xəbər verir ki, Obama bu barədə İraqın baş naziri İbrahim əl-Abadi ilə telefon danışığı əsnasında bildirib. 

Bundan başqa, siyasətçilər İŞİD yaraqlıları ilə mübarizəni müzakirə ediblər.

Hələ dekabrın ortasında amerikalı prezident Rəcəb Tayyib Ərdoğanı İraqdan hərbçiləri çıxarmağa çağırıb. 

Türkiyənin baş naziri Əhməd Davudoğlunun sözlərinə görə, Bağdad ölkənin üçdə bir hissəsinə nəzarəti itirib. Nazir İraq hakimiyyətini İŞİD-ə qarşı güc tətbiq etməyə çağırıb.