» » Hindistanda iki bacını zorlanmaya məhkum etdilər

Hindistanda iki bacını zorlanmaya məhkum etdilər

Hindistanda iki bacını zorlanmaya məhkum etdilər

Qardaşlarının hərəkətinə görə.

Hindistanın Uttar-Pradeş ştatında kənd sakinləri 23 yaşlı Minakşi Kumarini və onun 15 yaşlı bacısını zorlanmaya məhkum ediblər.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, bu barədə insan hüquqları təşkilatı Amnesty International məlumat yayıb.

Məlumata əsasən, gənc qızlara belə cəza verilməsinə onların qardaşının evli qadın ilə qaçması səbəb olub.

Kumari ailəsi ən aşağı kasta - “toxunulmazlar” kastası sayılan dalitlərə aiddirlər. 

The Mirror yazır ki, qızların qardaşı Ravi daha yüksək kastadan olan qadını sevib və bu ilin marta ayında qadını məcburən başqa kişiyə ərə verdikdən sonra onu qaçırıb.

Yalnız kişilərdən ibarət kənd Şurasının qərarına əsasən, Ravidən qisas alınması məqsədilə onun 23 və 15 yaşlı iki bacısı zorlanmaya məhkum edilib. 

Amnesty International hüquq müdafiəçiləri Hindistan hökümətindən dərhal qızların müdafiəsinə durmağı çağırıb.