» » ABŞ-da yeni doğulan Məhəmmədlərin sayı 100 dəfə artıb

ABŞ-da yeni doğulan Məhəmmədlərin sayı 100 dəfə artıb

ABŞ-da yeni doğulan Məhəmmədlərin sayı 100 dəfə artıb

Son yarım əsr ərzində.

ABŞ-da son yarım əsrdə valideynlərin yeni doğulan övladlarına Məhəmməd adı verməsi 100 dəfə artıb, Daily Mail məlumat yayıb.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, məlumata görə, 1964-cü ildə yalnız 29 körpə peyğəmbərin şərəfinə adlandırılıb. On il sonra bu ölkədə doğulan Məhəmmədlərin sayı 142, daha on il sonra isə 571 nəfər olub.

Araşdırmaçılar qeyd edirlər ki, Məhəmməd adı verilənlərin nəzərəçarpacaq azalması – 2001-ci ildə 2222 nəfərdən, 2004-cü ildə 1816 nəfərə düşüb. Bu, 2001-ci ildə “Əl-Qaidə” terror qruplaşmasının terrorçu-kamikadzelərinin Nyu-Yorkda törətdikləri silsilə terrorlar zamanı 2977 dinc sakinin ölümündən sonra baş verib.

Ancaq sonradan ölkədə müsəlmanlar əleyhinə qəzəb bir qədər səngiyib. Beləliklə, 2014-cü ildə ABŞ-da artıq peyğəmbərin adı verilən 2931 uşaq doğulub.

Bununla yanaşı tədqiqatçılar Məhəmməd adının: Mahmud, Mehmed, Mohammed, Mohammad və s. kimi 13 fərqli yazılışının mövcud olduğunu bildiriblər.