» » İran Həcc ziyarətini dayandırdı

İran Həcc ziyarətini dayandırdı

İran Həcc ziyarətini dayandırdı

Eləcə də Səudiyyə istehsalı olan malların idxalı da qadağan edilib.

İran hakimiyyəti İran zəvvarlarının Səudiyyə Ərəbistanına səfərini, eləcə də Səudiyyə istehsalı olan mallarının İslam Respublikasına idxalını qadağan edib, Tasnim agentliyi məlumat yayıb.

“İran hakimiyyətinin bugünkü təcili iclasında İran zəvvarlarının Səudiyyə Ərəbistanına səfərini gələcək xüsusi sərəncama qədər qadağan etmək qərarı alınıb”, agentliyin məlumatında deyilir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, İranın Nazirlər kabineti eyni zamanda Səudiyyə istehsalı olan malların, Səudiyyə Ərəbistanından keçərək İrana, o cümlədən də İranın azad iqtisadi zonalarına idxalını qadağan edib.