» » Türkiyədə İran səfirini XİN-ə çağırdılar

Türkiyədə İran səfirini XİN-ə çağırdılar

Türkiyədə İran səfirini XİN-ə çağırdılar

Ankara ciddi şəkildə narahatdır.

İran KİV-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri ilə Səudiyyə Ərəbistanında kütləvi şəkildə şiə ruhanilərinin edamının əlaqələndirilməsi ilə bağlı yayılan xəbər Ankaranı qəzəbləndirib, Reuters məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Türkiyə XİN cümə günü yanvar ayının 7-də İranın Ankaradakı səfirini nazirliyə çağırıb və bu qəbildən olan yazıların nəşrinin dayandırılmasını tələb edib.

“Biz İranın rəsmi orqanları ilə bağlı KİV-də prezidentimizin səfəri ilə Səudiyyə Ərəbistanındakı edamların əlaqələndirilməsinə dair yazıları qəti şəkildə pisləyirik”, - Türkiyə XİN-də bildiriblər.

Bəyanatda həmçinin prezident Ərdoğanı birbaşa ittiham edərək, bu dərclərin Türkiyə prezidentinin İran xalqının gözündə neqativ obrazının yaradılmasına istiqamətləndiyi bildirilir.

Keçən həftə prezident R.T.Ərdoğan Səudiyyə Ərəbistanına iki günlük rəsmi səfər edib. Səfər zamanı o, kral Salman bin Abdula Əziz ilə görüşüb və Suriya böhranının tənzimlənməsini və iki ölkə arasında energetik əməkdaşlığı müzakirə edib.