» » Amerika raketini səhvən Kubaya apardılar

Amerika raketini səhvən Kubaya apardılar

Amerika raketini səhvən Kubaya apardılar

Tədarükün yolları araşdırılır.

Amerikanın Hellfire raketi 2014-cü ildə səhvən Kubaya aparılıb, The Wall Street Journal məlumat yayıb.

Mərmi NATO-nun Avropadakı təlimləri üçün nəzərdə tutulub, amma müəmmalı şəkildə ABŞ ilə qonşu yarımadaya gətirilib.

ucarliyiq.biz xəbər verir ki, hazırda ABŞ hakimiyyəti Kuba rəhbərliyini raketi qaytarmaq üçün razı salmağa çalışır.

Amerikalı mütəxəssislər silahın Kubaya necə çatdırıldığını araşdırırlar. Versiyalar arasında cinayətkarların və casusların fəaliyyəti də var.

Ekspertlər qeyd edirlər ki, raket Kubaya məqsədyönlü şəkildə çatdırılmayıb, sadəcə “insan səhvləri silsiləsi” belə bir halın baş verməsi ilə nəticələnib.

Reaktiv mərminin Kubadakı versiyası partlayıcı maddə ilə təchiz olunmayıb. Buna baxmayaraq, ABŞ-ın hərbi məmurları Kuba mütəxəssislərinin sursatı sökərək, onun tuşlama sistemi və digər sirləri ilə tanış olmalarından ehtiyatlanırlar.

Vaşinqton bu biliklərin Havanadan Çinə, KXDR və ya Rusiyaya ötürüləcəyindən qorxur.