» » Qazaxıstan təngəsi tarixi minimuma endi

Qazaxıstan təngəsi tarixi minimuma endi

Qazaxıstan təngəsi tarixi minimuma endi

Dollar artıq 3% baha satılır.

Qazaxıstanın fond birjasında (KASE) səhər sessiyasının nəticələrinə görə, dolların məzənnəsi 351,85 təngədir. Dollar ilk dəfə psixoloji vacib həddi, 350 təngəni keçib, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

“ABŞ dollarının orta hesablı məzənnəsi 351,85 təngədir”, - birjanın məlumatında qeyd edilir.

Astana və Almatının mübadilə məntəqələrində Amerika valyutası artıq 1 dollar üçün 353-354 təngə məzənnəsi ilə satılır, bu isə yanvar ayının 4-nə olan məzənnədən 3% artıqdır.

Qazaxıstan 2015-ci ilin avqust ayının 20-dən təngənin azad üzən məzənnə rejiminə əsaslanan yeni iqtisadi siyasətə keçib.