» » Fransalı kəndirbaz 30 metrlik hündürlükdən yıxılaraq öldü – VİDEO

Fransalı kəndirbaz 30 metrlik hündürlükdən yıxılaraq öldü – VİDEO

Fransalı kəndirbaz 30 metrlik hündürlükdən yıxılaraq öldü – VİDEO

O, populyar tryukun nümayişinə hazırlaşırdı.

Məşhur fransalı kəndirbaz və ekstremal Tankred Mele 30 metrlik hündürlükdən yıxılaraq ölüb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Flying Frenchies akrobatik qrupun facebook səhifəsində məlumat yayılıb.

Yanvar ayının 5-də 32 yaşlı Mele populyar tryukun nümayişinə hazırlaşırdı, o, bir hava şarından o birisinə keçməli idi. Le Mondenin verdiyi məlumata görə, kişi birdən-birə havaya uçan aerostatdan tutmuşdu.

İdmançının həmkarlarının və dostlarının sözlərinə görə, o özündən sonra unudulmaz xatirələr qoyub, azadlıq və xəyal etmə imkanı bəxş edib. Mele və Tifaninin Leoni adlı qızları var idi.

Dostları onun həyatı çox sevdiyini və bu dünyadan çox tez getdiyini bildiriblər.