» » Avropalı qadınlar mühacirlərin təcavüzlərindən şikayətlənirlər

Avropalı qadınlar mühacirlərin təcavüzlərindən şikayətlənirlər

Avropalı qadınlar mühacirlərin təcavüzlərindən şikayətlənirlər

“Araşdırma “sıfır səbirlilik” ilə aparılacaq”.

İsveçrənin Sürix və Avstriyanın Zalsburq şəhərinin sakinləri mühacirlər tərəfindən seksual təcavüzdən şikayət ediblər. Bu barədə Radio Liechtenstein polisə istinadən məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, bir neçə qadın Avstriyanın hüquq-mühafizə orqanları əməkdaşlarına Yeni il gecəsi baş verən zorakılıq hadisələrindən danışıblar.

Ölkənin daxili işlər naziri Yohanna Mikl-Lyatner istintaqın cinayətkarlara qarşı “sıfır səbirlilik” ilə aparılacağını vəd edib.

Deutsche Welle-nin məlumatına görə, Sürixdə seksual təcavüz hadisələri İsveçrənin böyük Yeni il şənliyində baş verib. Polisə şikayət ərizəsi ilə 6-ya yaxın qadın müraciət edib. Bundan başqa yerli asayiş keşikçiləri qarət faktı ilə əlaqəli 24 şikayət ərizəsi alıblar.

Kelndə baş verən analoji situasiya da geniş ictimai rezonans doğurub. Polisin məlumatına görə, Yeni ili qeyd edən kütləyə “Afrika və ərəb görünüşlü” minlərlə gənc adam girib. Onların çoxu sərxoş və ya narkotik vasitələrin təsiri altında olub.

Əvvəlcə onlar kütlənin içinə petardalar atıblar, polis meydanı boşaltmaq istədikdə, bir qrup gənc kişi qadınları mühasirəyə alıb. Onlar qadınların çantalarını və smartfonlarını əllərindən alıblar. Polisə 100-dən çox zərərçəkən ərizəsi daxil olub, iki ərizədə zorlanmadan söhbət gedirdi.

Bu qəbildən olan hadisələr Hamburq və Ştutqartda da qeydə alınıb.