» » Çində içində xəstələrin olduğu xəstəxananı buldozerlə sökdülər

Çində içində xəstələrin olduğu xəstəxananı buldozerlə sökdülər

Çində içində xəstələrin olduğu xəstəxananı buldozerlə sökdülər

Əməkdaşlar xəbərdar edilməyib.

Çinin Çjençjou şəhərində (ölkənin şərqində Henan əyaləti) fəaliyyət göstərən xəstəxananı və onun nəzdində olan morqu buldozerə “veriblər”, Associated Press məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, baş verənlər nəticəsində xəstəxananın bir neçə əməkdaşı xəsarət alıb, 20 milyon yuan (üç milyon dollardan artıq) məbləğində avadanlıq zərər çəkib. Bundan başqa, morqda olan altı ölü dağıntılar altında qalıb.

“Xəstələrin cəsədlərinin belə basdırılması ölülərə qarşı hörmətsizlikdir. Mən heç bir zaman düşünməzdim ki, belə bir şey baş verə bilər”, - xəstəxananın nümayəndəsi Çjan Yuan deyib.

Agentlikdə qeyd ediblər ki, yerli hakimiyyət ətraf yolu müəssisənin hesabına genişləndirməyi planlaşdırır və xəstəxananın sökülməsi bir il bundan öncə planlaşdırılıb.

Bir sıra şöbələr artıq köçürülüb, amma bəziləri əvvəlki kimi xəstəxana binasında qalaraq fəaliyyət göstərirdi. Həmin şöbənin əməkdaşları xəstəxananın söküləcəyi gün barədə xəbərdar edilməyiblər.

Bununla yanaşı əyalət rəhbərliyinin nümayəndələri iddia edirlər ki, xəstəxananın administrasiyasını xəstəxananın söküləcəyi ərəfədə xəbərdar ediblər. Bundan başqa onlar söküntü işlərinə başlamazdan öncə fəhlələrin binanı yoxladıqlarına təkid edirlər.