» » ​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

​İstanbulda 14 milyon dollarlıq rəsm əsəri aşkarlanıb

Əsərin Gürcüstana Rusiyadan, Rusiyaya isə Avropadan gətirildiyini ehtimal edirlər.

İstanbulda flamandalı rəssam Antonis Van Deykin əsəri aşkar edilib.

İnterfaks türk nəşrlərinə istinadən əsərin qaçaqmalçı yolu ilə Türkiyəyə Gürcüstandan gətirildiyi barədə məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, KİV-in məlumatına görə, türk hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 14 milyon dollar dəyəri olan əsərin Gürcüstana Rusiyadan, Rusiyaya isə Avropadan gətirildiyini ehtimal edirlər.

KİV-də qeyd edirlər ki, rəsm əsərini qeyri-qanuni olaraq iki iş adamı satmağa çalışıb, qeyri-rəsmi məlumata görə onlar Gürcüstan vətəndaşıdırlar.

Onlar saxlanılıb.

İşin digər detalları barədə məlumat yoxdur.