» » İŞİD terrorçusu anasını hər kəsin gözü qarşısında öldürdü

İŞİD terrorçusu anasını hər kəsin gözü qarşısında öldürdü

İŞİD terrorçusu anasını hər kəsin gözü qarşısında öldürdü

Qadın oğlundan İŞİD sıralarını tərk etməyini istəyib.

Suriyanın Rakka şəhərində İŞİD terrorçularından biri hamının gözü qarşısında anasını edam edib, bu barədə İnsan Haqları Müşahidə Şurasının saytında xəbər verilir.

ucarliyiq.biz-ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, 40 yaşlı qadın 20 yaşlı oğlunu İŞİD sıralarını tərk etmək və Rakkadan qaçmağa inandırmağa çalışıb. Lakin qadın buna nail olmayıb.

Əvəzində qadının oğlu bu barədə qruplaşmanın yerli başçısına məlumat verib.

Bundan sonra qadın saxlanılıb. 

Oğul anasını işlədiyi poçt şöbəsinin qarşısındakı meydanda hamının gözü qarşısında edam edib.