» » Dünya zənginləri bir həftəyə 200 milyard dollar itirdilər

Dünya zənginləri bir həftəyə 200 milyard dollar itirdilər

Dünya zənginləri bir həftəyə 200 milyard dollar itirdilər

Çində baş verən iqtisadi eniş və neftin ucuzlaşmasına görə.

2016-cı ilin ilk birja həftəsinin nəticələrinə əsasən dünyanın 400 ən varlı insanı təxminən 194 milyon dollar itiriblər. Səbəb Çində baş verən iqtisadi eniş və neftin ucuzlaşması olub.

ucarliyiq.biz Bloomberg-ə istinadən xəbər verir ki, ən çox zərər “Amazon” internet-mağazasının təsisçisi milyarder Cef Bezos görüb. Onun var-dövləti 5,9 milyard dollar azalıb.

ABŞ fond bazarı üçün arxada qoyduğumuz həftə 2011-ci ildən etibarən ən pis sayıla bilər. Ticari əməliyyatlar nəticəsində 47 milyarder 1 və daha çox milyard dollardan məhrum olub. Qeyd edək ki, 2015-ci ilin ilk həftəsində itkilərin həcmi 29 milyard dollar təşkil edib.
 
Dünyanın ən zəngin insanı olan "Microsoft" şirkətinin təsisçisi Bil Qeyts 4,5 milyard dollar kasıblayıb - hazırda onun var-dövləti 79,2 milyard dollar təşkil edir.
 
“Zara” brendinin həmtəsisçisi olan ispan Amansio Orteqa 3,4 milyard dollar itirib və hazırda 69,5 milyard dollara sahibdir.
 
Qeyd edək ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, dünyadakı 400 milyarderin ümumi varidatı 3,7 trilyon dollar təşkil edir ki, bu da təxminən Almaniyanın ÜDM-nə bərabərdir.