» » Kim Çen In yapon dənizindən raket buraxdı – VİDEO

Kim Çen In yapon dənizindən raket buraxdı – VİDEO

Kim Çen In yapon dənizindən raket buraxdı – VİDEO

KXDR rəhbəri gülümsəyən halda göstərilib.

Koreya mərkəzi televiziyası sualtı qayıqda yerləşdirilmiş ballistik raketin sınaqlarına dair süjet  nümayiş etdirib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə The Washington Free Beacon məlumat yayıb.

Videoçarxda raketin şaquli havaya qalxması və öz uçuşunu davam etdirməsi görünür. Təlimləri yaxınlıqda yerləşən gəmidə hərbçilərin əhatəsində olan Şimali Koreya lideri Kim Çen In şəxsən müşahidə edib. Raketin havaya qalxması kadrından sonra KXDR lideri gülümsəyən halda göstərilib.

Raketin buraxılma tarixi məlum deyil, amma amerikan nəşrinin ehtimalına görə, buraxılış 2015-ci ilin dekabr ayının 21-də həyata keçirilib. Yanvar ayının 5-də The Washington Free Beacon ilk dəfə yapon dənizində sınaqdan yazaraq, onun uğurlu olduğunu qeyd edib.

Bu, son zamanlarda KXDR-da yeni silahın birinci buraxılışı deyil. Belə ki, daha öncə bu ilin yanvar ayında dövlət hidrogen bombasının uğurlu sınağını həyata keçirib.