» » Mazda 374 min avtomobili geri çağırır

Mazda 374 min avtomobili geri çağırır

Mazda 374 min avtomobili geri çağırır

Təhlükəli hava yastıqları.

Yaponiyanın Mazda avtokonserni Amerika bazarından 374 mindən çox avtomobilin təhlükəsizlik yastıqlarındakı problemlə əlaqədar geri çağırıldığını elan edib.

ucarliyiq.biz xəbər verir ki, ABŞ ərazisində satılmış 2003-2008-ci il buraxılış tarixli Mazda 6, 2006-2007-ci il buraxılış tarixli Mazda Speed 6 və məhdud sayda 2004-cü il buraxılışlı Mazda RX-8 sportkarları geriyə çağırılır.

Onu da əlavə edək ki, Mazda artıq birinci dəfə deyil ki, oxşar səbəbdən avtomobilləri geri çağırır. Bu məsələdə günahkar isə hava yastıqlarını istehsal edən Takata şirkətidir.

2014-cü ildə Takata-nın məhsullarının yoxlanılması zamanı müəyyən olunmuşdu ki, onun təhlükəsizlik yastıqları avtomobil hərəkətdə olarkən qəflətən açıla bilər.