» » Obamanın itini oğurlamaq istədilər

Obamanın itini oğurlamaq istədilər

Obamanın itini oğurlamaq istədilər

O, özünü İsa Məsih adlandırıb.

Vaşinqtonda prezident Obamanın iki itindən biri, Bonu oğurlamaq istəyən səbatsız kişi   saxlanılmışdır.  The Washington Post – un verdiyi xəbərə görə, xüsusi orqanlar cinayətkarı Vaşinqton otellərindən birində saxlayıb.

ucarliyiq.biz-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə, Şimali Dakotadan olan saxlanılmış 49 yaşlı Skott Stokertin avtomobilində soyuq və odlu silah arsenalı: ov tüfəngi, tüfəng, 350-dən artıq patron, həmçinin polis dəyənəyi və maçete – aşkarlanıb.

Saxlanılandan sonra Stokert bildirib ki, onun adı İsa Məsihidir, valideynləri isə amerikanın gözəl qadını Merilin Manro və ABŞ-ın 35-ci prezidenti Con Kenedidir. 

Hüquq-mühafizə orqanlarının Stoukerin psixikası ilə hər şeyin qaydasında olmaması haqqında ehtimalları onun özünün Amerika prezidentliyinə namizədliyini irəli sürmək istəməsi bəyanatı ilə təsdiqlənib.