» » İŞİD liderinin müavini məhv edildi

İŞİD liderinin müavini məhv edildi

İŞİD liderinin müavini məhv edildi

İraqın Ənbər vilayətində.

İraq Hərbi-Hava Qüvvələrinin Ənbər əyalətinə endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderinin müavini  məhv edilib. 

Bu barədə ucarliyiq.biz İranın FARS agentliyinə istinadən xəbər verir.  
 
“İraq Hərbi-Hava Qüvvələrinin Anbar əyalətinin Barvani rayonuna endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının rəhbərliyində ikinci adam hesab edilən, başçı Əbu Bəkr Əl-Bağdadinin müavini Assi Əli Nasir Əl-Obeydi öldürülüb”, - məlumatda bildirilir.   

Bundan əvvəl İraq hərbçiləri terror qruplaşmasının mətbuat katibi Məhəmməd əl-Ədnanini yaralanması barədə xəbər veiblər.