» » Rusiyada 226 kq Türkiyə mandarini məhv edildi

Rusiyada 226 kq Türkiyə mandarini məhv edildi

Rusiyada 226 kq Türkiyə mandarini məhv edildi

Meyvələr “xüsusi avadanlığın istifadəsi ilə” məhv olunub.

Rusiyanın Stavropol vilayətində sanksiya altına düşən Türkiyə mandarinləri məhv edilib.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Rusiya kənd təsərrüfatına nəzarət xidməti məlumat yayıb.

Xidmətin əməkdaşları yanvarın 8-də FTX ilə birlikdə Jeleznovodsk şəhərində keçirilən reydlər zamanı dükanların birində qadağan olunmuş Türkiyə mandarinlərini aşkarlayıblar.

“Qutunun üzərində qablaşdırma tarixi 04 нфтмфк 2016-cı il kimi, çatdırılma tarixi isə 05 yanvar 2016-cı il kimi göstərilib. Lakin məlumdur ki, 01 yanvar 2016-cı il tarixdən məhsulun bu növü Rusiya Federasiyasının ərazisinə idxalı qadağandır”, - qurumda izah ediblər.

226 kiloqramm çəkisi olan mandarinlər satışdan çıxarılıb və Mineralnıye Vodı şəhərində poliqonda “xüsusi avadanlığın istifadəsi ilə” məhv edilib.