» » Ermənistanda “donuz qripi”ndən daha bir nəfər ölüb

Ermənistanda “donuz qripi”ndən daha bir nəfər ölüb

Ermənistanda “donuz qripi”ndən daha bir nəfər ölüb

Bu, xəstəlikdən beşinci ölüm faktıdır.

Mikaelyan adına İrəvan Cərrahiyyə İnstitutunda H1N1 (“donuz qripi”) virusundan daha bir nəfər ölüb.

ucarliyiq.biz erməni KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anait Aytyan bildirib ki, ölən kişi Rusiyadan gəlib. Uzun müddət xəstəlikdən əziyyət çəksə də, həkimə müraciət etməyib.
 
Həmin şəxs Gümrü şəhərində xəstəxanaya yerləşdirilib, sonra isə İrəvana aparılıb.
 
Həkimlərin səyi nəticə verməyib və o, yanvarın 10-a keçən gecə ölüb.
 
Mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, bu, “donuz qripi”ndən beşinci ölüm faktıdır.