» » Ukrayna Rusiyadan qaz almayacaq

Ukrayna Rusiyadan qaz almayacaq

Ukrayna Rusiyadan qaz almayacaq

“Avropa İttifaqında daha ucuzdur”.

Ukrayna Rusiyadan min kubmetrinə görə 212 dollar qiymətlə qaz almayacaq, çünki Avropadan qazı daha ucuz alır, Ukraynanın Baş naziri Arseni Yatsenyuk bildirib, ucarliyiq.biz xəbər verir.

O, belə bir bəyanatla “Baş nazirlə 10 dəqiqə” verilişinin efirində bəyan edib.

“Biz Rusiya Federasiyasından qaz alışını dayandırmışıq. Yanvarın 1-dən onlar min kubmetrinə görə 212 dollar qiymətlə hesab təqdim ediblər.

Biz Rusiyadan qaz almırıq, çünki Avropa İttifaqından qazı Rusiyanın təklif etdiyindən daha ucuz alırıq. Avropa İttifaqında qazın orta alış qiyməti təxminən 200 dollardır”, - deyə, Baş nazir bildirib.