» » BMT-nin Baş katibi Yəməndə hospitala hücumu pislədi

BMT-nin Baş katibi Yəməndə hospitala hücumu pislədi

BMT-nin Baş katibi Yəməndə hospitala hücumu pislədi

“Bu hadisə tez, müstəqil şəkildə araşdırılmalıdır”

BMT-nin Baş katibi Pan Gi Mun Yəməndə hospitala hücumu pisləyərək, hadisənin tezliklə araşdırılmasına çağırıb, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

ucarliyiq.biz RİA Novostiyə istinadən xəbər verir ki, “Sərhədsiz həkimlər” bynəlxalq təşkilatı bazar günü Yəmənin şimalında xəstəxananın atəşə tutulmasına dair məlumat yayıb. 

Son məluamtlara əsasən atışma nəticəsində hospitalda ən azı dörd nəfər ölüb, on nəfər xəsarət alıb, yaralnanların ikisi kritik vəziyyətdədir. “sərhədsiz həkimlər”in Dubay ofisindən bidlriiblər ki, xəsasrət alanların sayı arta bilər, belə ki, atışma zamanı dağılmış binaların dağıntıları altında qalanlar var. 

“BMT-nin Baş katibi Yəmənin Saada əyalətində “Sərhədsiz həkimər” tərəfidən dəstəklənən xəstəxananın naməlum şəxslər tərəfindən atəşə ttulmasını pisləyir”, - BMT-nin bəyanatında deyilir.  

BMT-də vurğulayıblar ki, “Sərhədsiz həkimlərin” dəstəklədikləri Saada əyalətindəki hopital və Taizdə yerləşən səyyar tibbi mərkəz 2015-ci ildə artıq hücunma məruz qalmışdı. 

“Baş katib Yəmən sakinlərinə tibbi yardımın göstərilməsinin getdikcə məhdudlaşıdırlmasından çox narahatdır”, -məlumatda deyilir. 

Baş katibin bəyanatında xəstəxanalrın və tibbi personalın beynəlxalq humanitar hüquq ilə müdafiə olunduğu vurğulanır “dinc sakinlərə və mülki infrastrukturlara istənilən qəsdən hücum beynəlxalq humanitar hüququn pozulması hesab edilir”

“Yəməndə dinc sakinlərin və mülki infrastrukturların zərər çəkdiyi digər hücumlar kimi, bu hadisə tez, müstəqil şəkildə araşdırılmalıdır”, - məlumatda qeyd edilir.