» » Ukrayna bu Rusiya məhsullarını qadağan etdi – SİYAHI

Ukrayna bu Rusiya məhsullarını qadağan etdi – SİYAHI

Ukrayna bu Rusiya məhsullarını qadağan etdi – SİYAHI

Rəsmi Kiyev Moskvanın hərəkətlərini cavabsız qoymadı.

Ukraynanın Nazirlər kabineti 2016-cı ilin yanvar ayının 10-dan ölkəyə Rusiya istehsalı olan malların gətirilməsini qadağan edib.

ucarliyiq.biz “Fokus”a istinadən xəbər verir ki, Hökumətin 1147 nömrəli qərarına müvafiq olaraq qadağa 2016-cı ilin avqust ayının 5-nə qədər və ya Ukrayna istehsalı olan kənd təsərrüfatı mallarının və xammalın Rusiya Federasiyası ərazisinə daxil olmasına dair qadağanın ləğv edilməsinə qədər qüvvədə olacaq.

Ukraynanın gömrük ərazisinə daxil olması qadağan edilən Rusiya mallarının siyahısına: ət, iribuynuzlu heyvan mənşəli ərzaqlar, donuz əti, quş əti, balıq və xərçəngəbənzərlər və digər dəniz onurğasızları, süd, qaymaq, pendir, kofe, qara çay, qənnadı məhsullar, şokolad, şokoladlı konfetlər, uşaq yeməkləri, çörək məmulatları, un məmulatları, sousların hazırlanması üçün ərzaqlar və souslar, pivə, araq, it və pişik yeməkləri, filtrli siqaretlər, dəri təmizləyici vasitələr, gerbisidlər, alaq otlarının qarşısını almaq üçün vasitələr və bitkilərin boy atmasını tənzimləyən vasitələr, dəmir yol və tramvay yolları üçün avadanlıq, dizel-elektrik lokomotivləri və s. daxildir.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayının 1-dən Rusiya Federasiyası öz gömrük ərazisinə Ukrayna mallarının gətirilməsinə qadağa qoyub.

Rusiyaya kənd təsərrüfatı, xammal və ərzaq mallarının gətirilməsinin qadağan edildiyi ölkələr siyahısına Ukraynanın 2016-cı ilin yanvar ayının 1-dən etibarən daxil edilməsinə dair müvafiq qərarı Rusiyanın baş naziri Dmitri Medvedev 2015-ci ilin dekabr ayının 21-də imzalayıb. Bu  qadağa 2016-cı ilin avqust ayının 5-nə qədər qüvvədədir.