» » ABŞ-ın Koreyadakı qoşunları tam hərbi hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Koreyadakı qoşunları tam hərbi hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Koreyadakı qoşunları tam hərbi hazırlıq vəziyyətinə gətirilib

Şimali Koreya hərbçiləri gözlənilməz təxribatlar edə bilərlər.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingenti və Koreya Respublikasının qoşunları tam hərbi hazırlıq vəziyyətinə gətiriliblər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə KR-nın Qərargah rəislərinin komitəsinin sədri general Li Sun Çjin bəyan edib.

KR-da amerikalı qoşunların komandanı general Kertis Skaparotti ilə Li Sun Çjin Osan şəhərində yerləşən amerikan aviabazasına səfər edib.

“Şimali Koreyanın keçirdiyi nüvə sınağından sonra, koreyalı hərbçilər gözlənilməz təxribatlar törədə bilərlər”, - Li Sun Çjin qeyd edib.

Bununla əlaqədar onun sözlərinə görə, hərbçilər tam hərbi hazır vəziyyətdə olmalıdırlar, bu Şimal tərəfdən istənilən təxribatlara qarşı durmaq, sülhü və Koreya yarımadasında sabitliyi dəstəkləmək üçündür.

Li Sun Çjin və Skaparotti “Şimalın gələcəkdə təxribatlarının qarşısını almaqda qətiyyətli olduqlarını təsdiqləyiblər”, - qərargah rəislərinin komitəsinin məlumatında deyilir.