» » Gürcüstan qaz anbarı inşa edir

Gürcüstan qaz anbarı inşa edir

Gürcüstan qaz anbarı inşa edir

Ölkənin qaza olan tələbatının 90%-i Azərbaycandan tədarükün hesabına ödənilir.

Gürcüstan qaz anbarının inşasına başlayır. Yeraltı qaz anbarları ölkənin şərq hissəsində inşa ediləcək, Gürcüstanın Energetika Nazirliyinin hesabatına istinadən “Sputnik Qruziya” məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, inşaat bu il başlayacaq. Qaz anbarında ölkənin qaz istehlakının 15%-nin toplanması planlaşdırılır.

Qaz anbarında inşaat başa çatdıqdan sonra 230-250 milyon kubmetr təbii qazın toplanacağı planlaşdırılır. Qaz anbarı əhalinin və Gürcüstanın energetik sektorunun istehlakını kəskin və kritik vəziyyətlərdə - xaricdən qazın tədarükü dayandırıldığı halda qaz ilə fasiləsiz təchizatını təmin edəcək, TASS yazır.

Agentliyin məlumatına görə, Gürcüstana illik 2 milyard kubmetr təbii qaz tələb olunur. Ölkənin qaza olan tələbatının 90%-i Azərbaycandan, 10% isə Ermənistana təbii qazın tranziti müqabilində Rusiyadan alınan qaz tədarükünün hesabına ödənilir.

Neftegaz nəşrinin məlumatına görə, Rusiyadan Gürcüstana tədarükün həcmi keçən il 0,3 milyard kubmetrdən ibarət olub.