» » Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar yerləşdirdi

Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar yerləşdirdi

Rusiya Ermənistana yeni pilotsuz uçan aparatlar yerləşdirdi

“Yeni pilotsuzların idarəetməsini hərbçilər bir ay ərzində öyrənəcəklər”.

Pilotsuz uçan aparatların yeni partiyası Rusiyanın Ermənistandakı hərbi bazasına silahlanmaya qəbul edilib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə yanvarın 11-də Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Respublikasında yerləşən, Rusiyanın Cənub hərbi dairəsinin pilotsuz uçan aparatlar bölüyünün silahlanmasına müasir yerli istehsalata məxsus “Taxion” pilotsuz uçan aparatlar silahlanmaya qəbul edilib”, - məlumatda deyilir.

Yeni pilotsuzların idarəetməsini hərbçilər Kamxud və Alaqəz poliqonlarında bir ay ərzində öyrənəcəklər.

“Taxion” pilotsuz uçan aparatlar gecə və gündüz 40 km məsafədə qoşun kəşfiyyatı üçün nəzərdə tutulub. Pilotsuz aparatlarda video, foto və infraqırmızı kamera quraşdırıla bilər.

Aparatın start çəkisi 25 kq-a qədər, uçuş müddəti isə 6 saata qədərdir. “Taxion” “İjmaş – Pilotsuz sistemlər” müəssisəsində istehsal edilir.