» » Həftə sonu dəm qazı 4 nəfərin həyatına son qoydu

Həftə sonu dəm qazı 4 nəfərin həyatına son qoydu

Həftə sonu dəm qazı 4 nəfərin həyatına son qoydu

DİN məlumat yaydı.

İstirahət günləri Azərbaycanda 4 nəfər dəm qazından zəhərlənərək olüb. 

ucarliyiq.biz-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 9-da Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva, Kürdəmir rayonunda yaşayan Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək ölüb, Nəsimi rayonu ərazisində yaşayan Arzu Abdullayeva isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib.

Daha bir dəm qazından zəhərlənmə hadisəsi yanvarın 10-da baş verib.

DİN-nin yaydığı məlumata görə,  Hacıqabul rayonunda yaşayan Zümrüd Ağayeva evində dəm qazından zəhərlənərək ölmüşdür.

Bütün faktlar üzrə araşdırma aparılır.