» » Fatih Birol neftin nə zaman bahalaşacağını açıqladı

Fatih Birol neftin nə zaman bahalaşacağını açıqladı

Fatih Birol neftin nə zaman bahalaşacağını açıqladı

Beynəlxalq Enerji Agentliyinin prezidenti proqnoz verib.

Beynəlxalq Enerji Agentliyi (BEA) prezidenti Fatih Birol, İstanbulda keçirilən konfransda neft qiymətlərinin 2016-ci ilin sonlarında, yaxud 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacağını bildirib.

ucarliyiq.biz Milliyyət-ə istinadən xəbər verir ki, o qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi neftin qiymətlərinə 2016-cı ildə aşağı istiqamətdə təzyiq yaradır.

O, həmçinin bildirib ki, qazın qiymətlərində müşahidə edilən aşağı düşmə, neftin qiymətləri ilə paralel gedir.

Neft investisiyalarının ötən il 20% aşağı düşdüyünü qeyd edən, Birol 2016-cı ildə də oxşar azalmanın olacağını proqnozlaşdırıldığını bildirib.  

“Neft sektoruna investisiyaların azalması ilə paralel qlobal bazarda böyümə sürətlənəndə bazarda təchizat problemi yarana bilər”, - deyə BEA prezidenti əlavə edib.

Birol, Paris iqlim dəyişikliyi sammitinin enerji bazarlarını birbaşa təsir göstərəcəyini qeyd edib.

Bundan başqa, o bildirib ki, Çinin qlobal enerji bazarlarında istiqamətləndirici rolu artıq sona çatır, bununla da neftin qiymətləri 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacaq.