» » İspan şahzadəsi məhkəmə qarşısında

İspan şahzadəsi məhkəmə qarşısında

İspan şahzadəsi məhkəmə qarşısında

O, böyük məbləğdə pul vəsaitinin mənimsənilməsi üçün təşkilat yaradıb.

Mayorkada İspaniya kralının bacısı İnfanta Kristinaya qarşı maliyyə fırıldaqlarına dair iş üzrə məhkəmə prosesi başlayıb, o, 6 milyon avro büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir, Rosbalt məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, Palma-de-Mayorka şəhərinin dövlət administrasiyası məktəbində bu gün səhər ən qalmaqallı məhkəmə proseslərindən birinə başlanılıb, İnfanta məhkəmə prosesinə əri İnyaki Urdqanqarin ilə gəlib.

Yüksək rütbəli şəxsdən başqa işin daha 17 fiqurantı var. Məhkəmə verdiktinin cari ilin iyun ayının 3-də verilməsi gözlənilir.

İttihamın versiyasına görə, İnfanta öz əri ilə birgə keçirilən tədbirlərə sərf edilən xərclərin artıq göstərmək yolu ilə Balear adaları və Valensiyanın büdcə vəsaitindən iri məbləğdə pul mənimsəmək üçün xüsusi təşkilat yaradıb.

Təşkilatın fəaliyyət nümayəndələrinin əlbirliyi ilə fəaliyyət göstərirdi və bu fəaliyyət nəticəsində bir neçə milyon avro mənimsənilib.