» » İsveç altı saatlıq iş rejimi tətbiq edir

İsveç altı saatlıq iş rejimi tətbiq edir

İsveç altı saatlıq iş rejimi tətbiq edir

“Eyni işi səkkiz saat ərzində yerinə yetirmək çox çətindir”.

İsveç insanların əmək məhsuldarlılığını və rifahını yüksəltmək məqsədi ilə altı saatlıq iş rejimi tətbiq edir, ucarliyiq.biz xəbər verir.

Science Alert saytının məlumatına görə, bu rejim artıq ölkənin bütün işverənləri tərəfindən tətbiq edilib, məqsəd daha qısa zaman ərzində yerinə yetirilən işin həcminin artırılması və əməkdaşlara şəxsi həyat üçün daha çox vaxt ayrımaları üçün imkan yaratmaqdır.

Höteburqda Toyota mərkəzləri bu rejimə artıq 13 il bundan öncə qoşulublar. Şirkətin nümayəndələrinin sözlərinə görə, bu, onların əməkdaşlarını daha da xoşbəxt edib, əmək məhsuldarlığını və gəlirləri artırıb.

Eyni zamanda Stokholmda yerləşən proqram istehsalçısı Filimundus şirkəti keçən il altı saatlıq iş rejiminə keçib.

“Səkkiz saatlıq iş rejimi səmərəli deyil, insanlar əsasən belə hesab edir”, - icraçı direktor Linus Feld bəyan edib.

“Eyni işi səkkiz saat ərzində yerinə yetirmək çox çətindir. Bu məsələni həll etmək üçün biz müxtəlif planlı tapşırıqlar və fasilələr veririk ki, iş günü dözülməz olmasın. Biz həmçinin şəxsi işlərin işdən kənar həll edilməsi üçün səy göstəririk”.

Feldin bəyanatına görə, əməkdaşlara sosial şəbəkələrə daxil olmağa icazə verilmir, görüş vaxtları isə minimuma endirilir ki, işdən yayındıran halların qarşısı alınsın, amma məqsəd əməkdaşları iş vaxtında daha intensiv işə cəlb etməkdir.

Onun sözlərinə görə, yeni iş günü əməkdaşlara şəxsi həyatına işdən sonra vaxt ayırmaq imkanı verəcək, bu, səkkiz saatlıq iş rejimində çox çətin idi.

“Düşünürəm ki, bu vəziyyətdə işə diqqət yönəltmək daha asan olacaq, insan daha dözümlü olacaq və onun işdən sonra da qüvvəsi qalacaq”, - o bəyan edib.

Science Alert-in məlumatına görə, ölkənin bəzi xəstəxanalarının həkimləri və tibb bacıları da altı saatlıq iş rejiminə keçiblər.

Höteburq ahıllar evi də altı saatlıq iş rejiminə keçib. Burada 2016-cı ilin sonuna qədər eksperiment aparılacaq, məqsəd isə yeni əməkdaşların cəlb edilməsinin xəstələrə qulluğun keyfiyyətinə müsbət təsir göstərməsini və bunun əməkdaşları xoşbəxt etməsini yoxlamaqdır.