» » Putin Münhen konfransında iştirak etməyəcək

Putin Münhen konfransında iştirak etməyəcək

Putin Münhen konfransında iştirak etməyəcək

Peskov “Bild” nəşrinin məlumatını şərh etdi.

Rusiya prezidenti Vladimir Putin fevralın ortalarında keçiriləcək Münhen təhlükəsizlik konfransında iştirak etməyəcək.

ucarliyiq.biz-ın Lenta-ya istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bu gün Almaniyanın “Bild” nəşri Rusiya lideri ilə müsahibəsi dərc edilib. Putin müsahibsəində Münhen konfransına getməyəcəyini bildirib.

konfransda 20 dövlət və hökumət başçısı, habelə 60 ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı gözlənilir. Forumda ABŞ nümayəndə heyətinə vitse-prezident Cozef Bayden, Rusiya nümayəndə heyətinə isə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək. Almaniya kansleri Angela Merkel isə son 4 ildə ilk dəfə Münhen konfransında iştirak etməyəcək.
 
Forumun rəhbəri Volfqanq İşinqer İran və Ukrayna prezidentlərinə dəvət məktublarının göndərildiyini, lakin cavab verilmədiyini bildirib.
 
Xatırladaq ki, Münhen təhlükəsizlik konfransı 1962-ci ildən keçirilir.