» » Gürcüstanda keçmiş nazir müavinini başından vurdular

Gürcüstanda keçmiş nazir müavinini başından vurdular

Gürcüstanda keçmiş nazir müavinini başından vurdular

Silahlılar pusqu qurublar.

Gürcüstanda daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.

ucarliyiq.biz İnterfax-a istinadən xəbər verir ki, hücum zamanı L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Hal-hazırda daxili işlər nazirinin sabiq müavini komadadır.

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata əsasən, silahlılar Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alaraq atəşə tutublar. 

Hadisə zamanı Qvazava ağır yaralanıb, onu müşayiət edən qohumu Rezo Kalomletsavi isə yerindəcə keçinib.