» » Svazilenddə kralın arvadı olmaq istəyən 38 gənc qız qəzada öldü

Svazilenddə kralın arvadı olmaq istəyən 38 gənc qız qəzada öldü

Svazilenddə kralın arvadı olmaq istəyən 38 gənc qız qəzada öldü

Onlar ənənəvi rəqs bayramına gedirdilər.

Svazilenddə baş verən dəhşətli yol qəzasında 38 qız ölüb, daha 20-si isə ağır yaralanıb.

ucarliyiq.biz Associated Press-ə istinadən xəbər verir ki, avqustun 28-də baş verən hadisədə, gənc qadınları bayrama aparan yük maşını minik avtomobili ilə toqquşub, sonra isə onlara arxadan daha bir yük maşını çırpılıb.

Məlumata əsasən, qızlar kral iqamətgahında hər il təşkil olunan ənənəvi rəqs bayramı Umxlanqaya gedirdilər. Mərasimin sonunda kralın növbəti arvadı olmaq istəyən bir neçə min qız yarıçılpaq şəkildə rəqs edir. 
 
Hökumət saytının məlumatına görə, bu il kral iqamətgahına bəxtini sınamağa 40 minə yaxın svazilendli gənc qız gəlmişdir.

Svazilend Kralı III Msvati -  Cənubi Afrikada mütləq hakimiyyətə malik sonuncu kraldır. Onun 15 arvadı və 25 uşağı var.