» » Parisin hava limanında təyyarənin şassisində meyit tapıldı

Parisin hava limanında təyyarənin şassisində meyit tapıldı

Parisin hava limanında təyyarənin şassisində meyit tapıldı

Təyyarə Braziliyanın San-Paulu şəhərindən havaya qalxıb.

Yanvar ayının 11-də - bazar ertəsi Air France aviaşirkətinin təyyarəsinin şassisində insan cəsədi aşkar ediblər, Expatica France məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, cəsədi Boeing 777 təyyarəsinin Parisin Orli hava limanında texniki baxışı zamanı aşkar ediblər.

Qeyd edildiyi kimi təyyarə Fransa paytaxtına getmək üçün Braziliyanın San-Paulu şəhərindən səmaya qalxıb.

Cəsəd həlak olanın kimliyinin və vətəndaşlığının müəyyənləşdirilməsi üçün Parisdə məhkəmə tibbi institutuna göndərilib.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilmir.