» » Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı

Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı

Çinin zəngin adamı Hollivud kinostudiyasını 3,5 milyard dollara aldı

O, yeni şirkəti İPO-ya keçirmək istəyir.

Çinli Dalian Wanda Hollivudun Legendary Entertainment kinostudiyasını 3,5 milyard dollara alıb. Bu barədə ÇXR (Çin Xalq Respublikası) şirkətinin bəyanatına əsasən Reuters məlumat yayıb.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, bu şirkətin sahibi Van Tszyanlinin öz biznesinin xaricdə diversifikasiyası ilə məşğul olduğunu göstərir, agentlik qeyd edib.

Tszyanlin Pekində mətbuat konfransında çıxış edərkən bəyan edib ki, Legendary Entertainment-ı özünə məxsus Çin kinostudiyası ilə birləşdirməyi planlayır, daha sonra isə şirkəti İPO-ya keçirmək istəyir.

Hurun Report Çin jurnalı Van Tszyanlinin sərvətini 2014-cü ildə 24,2 milyard dollar dəyərində qiymətləndirirdi.

Legendary Pictures kinofilmlərin istehsalı ilə məşğul olan Amerika şirkətidir. 2000-ci ildə təsis edilib. Bu kinostudiyada “Betmen: Başlanğıc”, “Supermenin qayıdışı”, “Veqasda oğlan yığıncağı” kimi filmlər buraxılıb.