» » BP Almaniyada 800 işçisini işdən çıxaracaq

BP Almaniyada 800 işçisini işdən çıxaracaq

BP Almaniyada 800 işçisini işdən çıxaracaq

“Şirkətin nümayəndəsi Welt nəşrinə danışıb”.

Neft şirkəti BP Almaniyada 800 nəfər işçisini işdən çıxaracaq. 

ucarliyiq.biz xəbər verir ki, Almaniyanın Welt nəşrinin məlumatına görə, şirkətdə ümumilikdə 5000 işçi çalışır və onun 1/6-i işdən çıxarılma riski ilə qarşı-qarşıyadır. 

BP-nin nümayəndələrindən biri nəşrə bildirib ki, rəhbərlik ilə bu məsələ müzakirə edilir. 

“Amma o konkret rəqəmdən bəhs etməyib”, - deyə Welt yazıb. 

BP işçilərin işdən çıxarılmasına səbəb kimi isə çətin və rəqabətli bazar şərtləri göstərib.