» » “Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı

“Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı

“Qazprom”un xadiməsinin 4 min dollarlıq çantası oğurlandı

Zərərin ümumi məbləği müəyyənləşdirilir.

Moskvada avtomobildən “Qazprom” şirkətinin xadiməsinə məxsus Diordan olan 4 min dollarlıq çantanı oğurlayıblar, LifeNews telekanalı məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, holdinqin 44 yaşlı əməkdaşına məxsus “Mitsubishi Outlander” yolsuzluq avtomobili Yeni Moskvada yerləşən “Rumyantsevo” biznes-mərkəzinə məxsus parkinqin ərazisində olub.

Qadın maşını parkinqdə üç dəqiqəlik saxlayıb, qayıtdıqda isə maşının qapısının açıq olduğunu görüb. Maşının salonundan timsah dərisindən hazırlanmış çantası, bank kartları və sənədləri yox olub.

Zərərçəkən qarət olunduğu barədə polisə ərizə yazıb. Hal-hazırda zərərin ümumi məbləği müəyyənləşdirilir.