» » Tbilisidə ermənilər narkotiklərlə saxlanıldı

Tbilisidə ermənilər narkotiklərlə saxlanıldı

Tbilisidə ermənilər narkotiklərlə saxlanıldı

İstintaq aparılır.

Tbilisidə Ermənistan vətəndaşları 1967-ci il təvəllüdlü Qarnik K. və 1966-cı il təvəllüdlü Qaik Q. narkotik vasitələrin qanunsuz  saxlanılması və əldə olunması ittihamı ilə saxlanılıblar.   

ucarliyiq.biz “Qruziya-onlayn” saytına istinadla xəbər  verir ki, şəxsi axtarış zamanı birinin üzərində 0,007788 qram “Buprenorfin”, digərinin üzərində isə 0,05 qram “Metadon” aşkarlanıb. 

Gürcüstan DİN-nin məlumatına əsasən, narkoloji ekspertiza hər iki saxlanılan şəxsin “Metadon” istifadə etdiyini müəyyən edib. 

Narkotik vasitələrin qanunsuz  saxlanılması və əldə olunması faktı üzrə istintaq aparılır.