» » İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilir

İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilir

İvanişvilinin iqamətgahı qarşısında aksiya keçirilir

Aksiya iştirakçıları “Qazprom” ilə danışıqların əleyhinədirlər.

Milyarder Bidzina İvanişvilinin iqamətgahı önündə Rusiyanın qaz nəhəngi olan “Qazprom” ilə danışıqlara etiraz olaraq aksiya keçirilir. Aksiya iştirakçıları “Qazprom”un gürcü bazarına girməsinə icazə verməyəcəklərini bəyan ediblər.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, etiraz edənlər “Qazprom”un Gürcüstan bazarına daxil olmasını Gürcüstanın Rusiyadan asılı vəziyyətə düşməsi demək olduğunu bəyan edirlər.

Onlar qeyd edirlər ki, bu planın həyata keçirilməsində Bidzina İvanişvili fəal iştirak edir.

Bu dəqiqələrdə Energetika Nazirliyində Kaxaber Kaladzenin gürcü ekspertləri ilə görüşü keçirilir. Nazir onları “Qazprom” ilə danışıqlarn şərtləri ilə tanış edir.

Daha öncə Kaladze Rusiya tərəfinin tranzitin əvəzini əvvəl vəd etdikləri ümumi qaz həcminin 10%-i əvəzinə pul ödəməyi qəti bildirdiyini bəyan etmişdi.

Nazirin sözlərinə görə, hələlik heç bir razılıq əldə edilməyib.