» » Davudoğlu təcili iclas keçirəcək

Davudoğlu təcili iclas keçirəcək

Davudoğlu təcili iclas keçirəcək

Türkiyənin daxili işlər naziri vəziyyət barədə baş nazirə məlumat verib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda baş verən və 10 nəfərin həyatını itirdiyi partlayış ilə əlaqədar təcili iclas keçirəcək, milliyet.com.tr baş nazirin aparatında olan mənbəyə istinadən məlumat yayıb.

ucarliyiq.biz-ın məlumatına görə, xəbər verildiyi kimi, Türkiyənin daxili işlər naziri Əfqan Ala İstanbuldakı vəziyyət barədə baş nazirə məlumat verib.

Qeyd edək ki, bu gün günorta saatlarında Sultanahmet məscidi meydanı yaxınlığında tramvay dayanacağında güclü partlayış baş verib. İstanbul hakimiyyəti partlayışda ən azı 10 nəfərin öldüyü və 15 nəfərin yaralandığı barədə məlumat yayıb.

Partlayışın səbəbi məlum deyil. Polisin versiyasına görə, partlayış terrorçu-kamekadze tərəfindən törədilə bilər.

Türkiyə KİV-nin məlumatına görə, Türkiyə hakimiyyəti Ankarada terror təhlükəsinin səviyyəsini yüksəldib.