» » Türkiyə qırıcıları ilk dəfə İŞİD-ə qarşı əməliyyata qoşuldu

Türkiyə qırıcıları ilk dəfə İŞİD-ə qarşı əməliyyata qoşuldu

Türkiyə qırıcıları ilk dəfə İŞİD-ə qarşı əməliyyata qoşuldu

XİN məlumat yaydı.

Türkiyənin hərbi hava qüvvələri ilk dəfə olaraq “İslam dövləti”nə (İŞİD) qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyanın avia hücumlarında iştirak edib. 

ucarliyiq.biz bu barədə Türkiyə XİN-nin məlumatına istinadla xəbər verir. 

“Bizim qırıcılar ötən gecə koalisiya qüvvələri ilə Suriyada bizim təhlükəsizliyimizə təhdid olan İŞİD-ə qarşı birgə hava əməliyyatlarının keçirilməsinə başlayıb”, - XİN-nin məlumatında deyilir.   
Qeyd edək ki, ABŞ və Türkiyə arasında İŞİD-ə qarşı birgə əməliyyat barədə razılıq avqustun 24-də əldə olunub.