» » Ərdoğan Sultanəhməddə partlayışı törədənin kimliyini açıqladı

Ərdoğan Sultanəhməddə partlayışı törədənin kimliyini açıqladı

Ərdoğan Sultanəhməddə partlayışı törədənin kimliyini açıqladı

“Terror təşkilatlarının hədəfi Türkiyədir”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayışı törədənin kimliyini açıqlayıb. 
 
ucarliyiq.biz-ın NTV-yə istinadən xəbərinə görə, Türkiyənin müxtəlif ölkələrdəki səfirləri ilə keçirdiyi görüşdə çıxış edən Ərdoğan deyib ki, partlayışı suriyalı kamikadze törədib. 

Dövlət başçısı bildirib ki, hadisə nəticəsində 10 nəfərin ölüb, 15 nəfərinsə xəsarət alıb. 

“Yaxın saatlarda hadisə ilə bağlı rəsmi açıqlama yayılacaq. Bizim üçün İŞİD, PKK və digər terror təşkilatlarının fərqi yoxdur. Bölgədə fəaliyyət göstərən bütün terror təşkilatlarının hədəfi Türkiyədir” – deyə Ərdoğan vurğulayıb. 

Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş isə öz növbəsində partlayışda ölənlərin əksəriyyətinin əcnəbi turistlərin olduğunu bildirib.
 
Onun sözlərinə görə, xəsarət alanların 9-u Almaniya, 1-i Norveç, 1-i isə Peru vətəndaşıdır. Xəsarət alanların 2 nəfərinin vəziyyəti ağırdır.