» » Amerikalı qız tanışlıq saytı sayəsində 9 ölkəyə pulsuz səyahət edib

Amerikalı qız tanışlıq saytı sayəsində 9 ölkəyə pulsuz səyahət edib

Amerikalı qız tanışlıq saytı sayəsində 9 ölkəyə pulsuz səyahət edib

“Adi görüşlər mənim üçün çox darıxdırıcıdır”.

Amerikalı Monika Linn (Monica Lynn) bir dollar belə xərcləmədən il ərzində doqquz ölkəyə səyahət edib. 

ucarliyiq.biz Fox News-a istinadən xəbər verir ki, 25 yaşlı qız 2014-cü ildə MissTravel saytında qeydiyyatdan keçib. Bu saytda istifadəçi özü ilə qrupun digər istənilən üzvünü istirahətə dəvət edə bilər. Səyahitn xərcini onun təşəbbüskarı ödəyir.

“Tanışlıq saytında çoxlu imkanlı kişilər qeydiyyatdan keçib, onların adi münasibətlərə vaxtları yoxdur. Onlar saytda digər iştirakçıların anketlərinə baxır və xoşlarına gələn adamı özləri ilə istirahətə dəvət edirlər. Əvvəlcə bütün bunların qanuni olduğuna şübhə edirdim, sonra qeydiyyatdan keçdim”, - Monika izah edib.

İlk dəfə Monika adı açıqlanmayan 31 yaşlı kişi ilə Barbadosa səyahət edib. O bir həftəlik istirahətin xərcini ödəyib və gənc qadına gümüş zinət əşyaları hədiyyə edib. Linn qeyd edir ki, səyahətdən sonra onlar dost kimi qalıblar.

İkinci dəfə Lindanı İtaliyaya dəvət ediblər. Sonradan həmin kişi Monikanı İndoneziya və Filippinə də səyahətə aparıb. Ümumilikdə cütlük 7 ölkəyə səfər edib. Bununla belə gənc oğlan İtaliyada, Linn isə ABŞ-da yaşamaqda davam edir. 

“Əgər mən yenə də azad qadın olsam, MissTravel saytında yeni tərəfdaş axtaracam. Adi görüşlər mənim üçün çox darıxdırıcıdır”, - Linn deyir.

MissTravel saytı Brandon Uayd tərəfindən təsis olunub. O həmçinin SeekingArrangement tanışlıq saytının təsisçisi kimi tanınır.