» » Obama müsəlmanların ünvanına zorakılıq və nifrəti pislədi

Obama müsəlmanların ünvanına zorakılıq və nifrəti pislədi

Obama müsəlmanların ünvanına zorakılıq və nifrəti pislədi

“Bu, bizim ölkəmizin mahiyyətinə ziddir”.

ABŞ prezidenti Barak Obama ekstremist terror aktları ilə əlaqədar müsəlmanların ünvanına nifrət və zorakılığı pisləyib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Obama konqresə illik müraciətində bəyan edib.

“Siyasətçilər istər xaricdə, istərsə də bizim vətəndaşlarımız olan müsəlmanları, onların məscidlərini təhqir edərkən, uşaqlarını incidərkən təhlükəsizliyimizi möhkəmləndirmiş olmurlar”, - Obama deyib.

“Bu, bütün dünyanın gözündə bizim nüfuzumuzu azaldır və bizim ölkəmizin mahiyyətinə ziddir”, - ABŞ prezidenti əlavə edib.

Obamanın sözlərini respublikaçı namizədlər, əsasən də dəfələrlə müsəlmanlar haqqında mənfi fikirlər ifadə edən, onları ABŞ-a girişin qadağan edilməsinə çağıran Donald Tramp ilə qiyabi polemika kimi qiymətləndirmək olar.