» » Obama: Onlar bizə zəng edirlər, Pekinə və ya Moskvaya yox

Obama: Onlar bizə zəng edirlər, Pekinə və ya Moskvaya yox

Obama: Onlar bizə zəng edirlər, Pekinə və ya Moskvaya yox

“İnsanlar lider axtarışında Pekinə və ya Moskvaya baxmırlar”.

Dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ ilə həll edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Konqresə ünvanladığı son müraciətində bəyan edib.

“Sorğular bizim reputasiyamızın mənim bu vəzifəyə seçildiyimdə olduğundan indi daha yaxşı olduğunu göstərir və istənilən beynəlxalq dərəcəli vacib məsələdən söhbət gedəndə dünyada bütün insanlar lider axtarışında Pekinə və ya Moskvaya baxmırlar, onlar bizə zəng edirlər”, - ABŞ prezidenti bəyan edib.

TASS-ın yaydığı məlumata görə, amerikalı prezident həmçinin Rusiyanın Suriya və Ukraynada öz nüfuzunu itirdiyini deyib.

“Rusiya iqtisadiyyatının ixtisar edilməsinə baxmayaraq, nüfuzu altından çıxan Ukrayna və Suriyaya təsir etmək üçün sərmayə yatırır”, - Obamanın müraciətində deyilir.