» » Rusiya motoatıcıları Ermənistanda təlim keçirlər

Rusiya motoatıcıları Ermənistanda təlim keçirlər

Rusiya motoatıcıları Ermənistanda təlim keçirlər

Səhra çıxışına 1000-dən çox hərbçi cəlb edilib.

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasında Kamhud və Alagəz poliqonlarında motoatıcı bölüklərin hərbçilərinin təlimi başlayıb, RF Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

ucarliyiq.biz xəbər verir ki, bir ay ərzində onlarla 1,5 min metrdən 2,5 min metrə qədər dəniz səviyyəsindən yüksək dağlıq ərazidə səhra təlimləri keçiriləcək. Səhra çıxışına 1000-dən çox hərbçi cəlb edilib.

Təlimlər bölüklərin hərbi hazırlığının yoxlanılması, vatomagistral və çətinkeçilən dağ yolları ilə 30 və 100 km-lik məsafələrə marş ilə başlanılıb.

Poliqonlara hərəkət edərkən bölüklər şərti rəqibin məhv edilməsinə və ərazinin nisbətən çətin keçilən buzbağlamış hissələrindən keçmək üzrə tapşırıqlar yerinə yetiriblər.

Motoatıcıların təlimində əsas diqqət gecə və gündüz saatlarında atəş, taktiki, hərbi-tibbi, xüsusi hazırlığa və hərbi maşınların idarəsi üzrə praktiki məşğələlərə ayrılır.

Hazırlıq proqramında şəxsi heyət tərəfindən müasir kəşfiyyat komplekslərinin, idarə və rabitə, eləcə də birləşməyə 2015-ci ilin sonunda qəbul edilmiş yeni “Ratnik” geyiminin mənimsənilməsi nəzərdə tutulur.  

Fərdi hazırlıq başa çatdıqdan sonra hər bir hərbçi hərbi hazırlığın əsas predmetlərindən normativlərin verilməsi üzrə attestasiya keçəcək, daha sonra hərbi maşınların və motoatıcı bölüklərin heyətinin yığılması üzrə təlimlər keçiriləcək.