» » Rusiyalı müxalifətçi öz mənzilində ölü tapıldı

Rusiyalı müxalifətçi öz mənzilində ölü tapıldı

Rusiyalı müxalifətçi öz mənzilində ölü tapıldı

“Bu gün gecə Volodya Pribilovskinin öldüyü məlum olub”.

Sosial şəbəkələrdə rusiyalı publisist və müxalifətçi Vladimir Pribilovskinin ölməsinə dair məlumat yayılmağa başlayıb.

ucarliyiq.biz znak.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Amerika tarixçisi Yuri Felştinski öz Facebook səhifəsində yazıb.

“Əziz dostlar! Elə indicə mənə “Korporasiya: Rusiya və DTK Putin dövründə” kitabımın həmmüəllifinin Moskvada öz mənzilində ölü tapıldığını bildirdilər. Hazırda heç bir əlavə məlumatım yoxdur”, - məlumatda deyilir.  

Faciə barədə həmçinin “Sova” hüquq müdafiə mərkəzinin direktoru Aleksandr Verxovski də bildirib.

“Bu gün gecə Volodya Pribilovskinin öldüyü məlum olub. Təfərrüatları bilmirəm. Onunla həyatımın 14 ili – daha çox mənim idarə etdiyim “Panorama” qəzeti, daha sonra isə daha çox onun idarə etdiyi Mərkəzlə bağlıdır”, - Verxovski öz Facebook səhifəsində yazıb.

Amma Pribilovskinin ölümü barədə məlumat rəsmi olaraq təsdiqlənməyib. Vladimir Pribilovski rusiyalı publisist, tərcüməçi, müxalifətçi, “Panorama” informasiya-araşdırma mərkəzinin prezidenti, “Antrikompromat” internet-nəşrinin rəhbəri, “Subtropik Rusiya” hərəkatının lideri idi. 2015-ci ilin martında Pribilovskinin 59 yaşı tamam olmuşdu.